Bank Of Baku

Bakıda Azərbaycan-İsrail biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-İsrail biznes-forumu keçiriləcək
# 20 noyabr 2013 11:12 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Dekabrın 4-də Bakıda Azərbaycan-İsrail biznes-forumu keçiriləcək.

 

İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, forumda İsrailin və Azərbaycanın aparıcı texnoloji şirkətlərinin nümayəndələri iştirak edəcək.

 

Tədbir çərçivəsində kibermüdafiə, internet trafikinin optimallaşdırılması və analizi, nəqliyyat hadisələrinin qarşısının alınması sistemləri, uzaq yaşayış məntəqələrinə sürətli internetin verilməsi, tibbi smartfonlar sahələrində İsrail şirkətlərinin hazırladığı proqramlar təqdim olunacaq.

 

Forumun təşkilatçıları Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İsrail-Azərbaycan Ticarət Palatasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR