Bank Of Baku

Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək
# 11 mart 2013 11:08 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Macarıstanın kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budainin Azərbaycana səfəri çərçivəsində Bakıda martın 13-də Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək.

 

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, Macarıstanın nümayəndə heyətinə 10 şirkəti təmsil edəcək nümayəndələr daxildir.

 

Azərbaycan-Macarıstan işgüzar görüşdə Macarıstan tərəfindən heyvandarlıq, quşçuluq, taxılçılıq, kənd təsərrüfatı avadanlığının istehsalı, kartof toxumu və viruslara davamlı kartofun istehsalı, yem istehsalı, süd istehsalı, biotexnoloji araşdırmalar, ətraf mühitin bərpası, informasiya-texnoloji sistemlər və digər sahələri təmsil edən şirkətlər iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR