Bank Of Baku

Bakıda Azərbaycan-Makedoniya işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Makedoniya işgüzar görüşü keçiriləcək
# 16 aprel 2013 12:21 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 19-da Makedoniyanın baş naziri Nikola Qruevskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Makedoniya işgüzar görüşü keçiriləcək.

 

«APA-Economics»in Azpromo-ya istinadən verdiyi məlumata görə, görüşdə Makedoniyanın biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək və iş adamlarını maraqlandıran suallar cavablandırılacaq. Tədbirdə iştirak etmək istəyən sahibkarlar Azpromo-ya müraciət edə bilər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR