Bank Of Baku

Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilir - FOTOSESSİYA

Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 17 aprel 2013 09:12 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərinin akimi Edil Janbırişinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu işə başlayıb.


«APA-Economics»in məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycan Qazaxıstanla ikitərəfli münasibətlərin inkişafına böyük önəm verir: «İki ölkə arasında dayanıqlı hüquqi baza mövcuddur və bu baza ilbəil genişləndirilir. Hazırda tərəflər indiyədək bu sahədə 20 müqavilə imzalanıb».

 

Nazir müavini onu da bildirib ki, hazırda Azərbaycanda 30-dan artıq Qazaxıstan kapitallı şirkət fəaliyyət göstərir, bir çox Azərbaycan şirkətləri də Qazaxıstan iqtisadiyyatının müxtəlif sektorlarında təmsil olunub: «İki ölkə arasında əlaqələrin bir qədər də inkişaf etdirilməsinə böyük potensial var və Azərbaycan Qazaxıstanla əlaqələrin genişləndirilməsində maraqlıdır. Hazırkı biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 60-dan artıq Azərbaycan şirkəti iştirak edir və ümid edirəm ki, bu cür tədbirlər iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcək».


Tədbirdə çıxış edən E.Janbırşin iki ölkə arasında mövcud əlaqələrdən danışıb, Aktau şəhərinin potensialından məlumat verib və bildirib ki, Azərbaycan və Qazaxıstan MDB məkanında bir çox sahələrdə lider mövqeyi tutur. E.Janbırşin iki ölkənin birgə layihələrdə iştirak etdiyini, tərəflər arasında ticarət dövriyyəsinin ilbəil artığını bildirib və qeyd edib ki, əgər 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 300 mln. ABŞ dolları təşkil edibsə, ötən il bu göstərici 450 mln. dollara çatıb.


Qeyd edək ki, forumda Qazaxıstanın şəhərsalma, tikinti, abadlıq və yaşıllaşdırma işləri, su təchizatı və tullantı suların idarə edilməsi, zibil və bərk tullantıların emalı, ərzaq təhlükəsizliyi, alternativ enerji və digər sektorları təmsil edən Mangistau vilayətinin sahibkarları iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR