Bakı. Viktoriya Dementyeva – APA-Economics. Bu ilin yayında Bakıda Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının ikinci iclası və biznes-forum keçiriləcək.
“APA-Economics”in xəbərinə görə, bu məsələ Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla bu ölkənin iqtisadiyyat naziri Temir Sariyevin görüşündə müzakirə olunub.
Tərəflər əməkdaşlığın həm ikitərəfli formatda, həm də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində inkişafına dair fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Bişkek-Bakı-Bişkek aviareysinin açılması, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı iki ölkənin ticarət-iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini göstərir.
Bununla belə, Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin həcminin 2012-ci ildə kəskin azalaraq, 2011-ci ildəki 13 mln. dollardan 8,6 mln. dollara düşdüyü bildirilib.