Bank Of Baku

Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçiriləcək
# 11 mart 2013 12:21 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində martın 14-də Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçiriləcək.

 

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, biznes foruma neft-qaz sənayesi, İKT, bankçılıq, sənaye avadanlığı, elektrik enerjisi istehsalı, yol-nəqliyyat infrastrukturu, mədən sənayesi, vakuum texnologiyaları, inşaat avadanlıqları istehsalı və digər sektorları təmsil edən rumıniyalı iş adamlarının qatılacağı gözlənilir.

 

Qeyd edək ki, sözügedən tədbir Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR