Bank Of Baku

Bakıda Azərbaycan-Rumıniya Ticarət Evinin açılışı keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Rumıniya Ticarət Evinin açılışı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 mart 2013 10:18 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bakıda Azərbaycan-Rumıniya Ticarət Evinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

 

Rəmzi lenti kəsən V. Zqonea Ticarət Evi ilə yaxından tanış olub. O bildirib ki, iki ölkə arasında yaxşı siyasi əlaqələr var və iqtisadi əlaqələri də yüksək səviyyəyə qaldırmaq lazımdır: “Dünən keçirilən biznes-forum və bu gün Ticarət Evinin açılışı bu mənada əlamətdar məqamlardır. Prezident İlham Əliyevlə keçirilən görüşdə biz 3 məqama toxunduq. Bunlar “Nabucco”, “AGRİ” və nəqliyyat layihələrdir. Azərbaycan və Rumıniya öz regionlarında stabil inkişaf edən ölkələrdir. Bu layihələr iki ölkə üçün də faydalıdır və çoxlu sayda iş yerləri açmağa imkan yaradacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR