Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 26-da Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Serbiya biznes forumu keçiriləcək.
Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə tikinti, qida sənayesi, kənd təsərrüfatı, ticarət, maşınqayırma, nəqliyyat, turizm, elektrik, elektromexanik, tibbi və qaz avadanlıqlarının istehsalı, plastik qablaşdırma və tara istehsalı, alüminium kompozit panelləri, hidravlik pnevmatik qurğuların, indeksion çiləyici dəzgahların istehsalı, vaqonların istehsalı və təmiri və digər sektorları təmsil edən Serbiya sahibkarları iştirak edəcək.
Tədbirdə iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilər.