Bank Of Baku

Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 09 fevral 2013 09:00 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Serbiya prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri çərçivəsində bu gün Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.

 

APA-Economics”in xəbərinə görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən tədbirə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm, İKT, maliyyə, logistika və digər sahələrdə fəaliyyət göstərən 50-yə yaxın iş adamı iştirak edib.

 

Qonaqları salamlayan iqtisadi inkişaf naziri Şahin Mustafayev vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanla Serbiya arasında iqtisadi əlaqələr də inkişaf edir. Nazir ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya imkanlarına dair təqdimatların, eləcə də biznes-forum və işgüzar görüşlərin sahibkarlar arasında əlaqələrin daha da genişləndirilməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu bildirib, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

 

Serbiya prezidenti Tomislav Nikoliç bildirib ki, ötən il Azərbaycanla Serbiya arasında bağlanmış iqtisadi və texnoloji sahədə əməkdaşlıq haqqında müqavilə əlaqələrin güclənməsinə şərait yaradıb: “Bu müqavilənin ilk məhsulu olaraq artıq Serbiyada Azərbaycan tərəfinin krediti hesabına infrastruktur layihəsinin reallaşdırılmasına başlanıb”. Serbiya prezidenti vurğulayıb ki, onun ölkəsi investorlar üçün digər ölkələrdən fərqli olaraq, bir sıra üstün cəhətlərə malikdir: “Bunlar yüksək ixtisaslı işçi qüvvəsi, əlverişli coğrafi vəziyyət, investorlar üçün vergi rejimi və yaxşı qanunvericilikdir”. Dövlət başçısı Azərbaycan sahibkarlarını Serbiyada turizm, kənd təsərrüfatı, energetika və infrastruktur sahələrinə investisiya yatırmağa dəvət edib.

 

Serbiya prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Predrag Mikiç ölkə iqtisadiyyatı, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat verib. O, Azərbaycan şirkətlərini azad iqtisadi zonalarda fəaliyyət, kömür hasilatı və enerji istehsalı ilə bağlı Serbiya sahibkarları ilə əməkdaşlığa dəvət edib.

 

Qeyd edək ki, tədbirdə Serbiya tərəfindən Serbiyanın xarici işlər naziri İvan Mrkiç, Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç, Serbiya prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Marko Curiç, iqtisadi məsələlər üzrə müşavirinin məsləhətçisi Dunya Vukçeviç də iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR