Bank Of Baku

Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək
# 17 oktyabr 2013 12:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Oktyabrın 22-də Sloveniya biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək.

 

Azpromodan «APA-Economics»ə verilən məlumata görə, foruma turizm, bank, energetika, İKT, tikinti, daşınmaz əmlak, müdafiə sənayesi, təhlükəsizlik, konsaltinq və təhsil sektorlarını təmsil edən 50-dən artıq sloveniyalı iş adamının qatılacağı gözlənilir. Azərbaycan sahibkarları tədbirdə iştirak edə bilər.

 

Tədbirlə bağlı əlavə məlumatı əlaqəli şəxs Qüdrət Ovçuyevdən almaq olar. Tədbirdə şirkətini təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48 və ya 4371142,  daxili: 123, 108, 119; mob.: +994507388888; e-mail: [email protected];) göndərə bilərlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR