Bank Of Baku

Bakıda Azərbaycan-Yaponiya işgüzar görüşü keçirilib - FOTO

Bakıda Azərbaycan-Yaponiya işgüzar görüşü keçirilib - <span style="color: red;">FOTO
# 05 noyabr 2013 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi, «Sakura» Azərbaycan-Yaponiya İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan-Yaponiya işgüzar görüşü keçirilib.

 

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azpromo-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycanın əld etdiyi iqtisadi nəticələr, mövcud biznes və investisiya mühiti, ölkənin iştirak etdiyi irimiqyaslı regional layihələr və Azpromo-nun fəaliyyəti barədə məlumat verib.

 

Yaponiyanın «World Investors TV» şirkətinin rəhbəri Kazuyasu İşida Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. K.İşida kənd təsərrüfatı, maliyyə, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən Yaponiya şirkətlərinin azərbaycanlı sahibkarlarla əməkdaşlığa böyük maraq göstərdiyini vurğulayıb.

 

Tədbirdə həmçinin Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə dair təqdimat keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR