Bakı. Anaxanım Hidayətova – APA. Sentyabrın 10 -11-də Bakıda birinci Avropa – Azərbaycan İnvestisiya konfransı keçiriləcək. APA-nın Polşanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbir çərçivəsində avropalı iş adamlarına Azərbaycanda mövcud olan investisiya mühiti haqqında məlumat veriləcək. Konfransın panel iclasları Azərbaycanda neft-qaz sənayesi, alternativ enerji, kənd təsərrüfatı, tikinti, turizm və informasiya texnologiyalar mövzusuna həsr olunacaq. Tədbir Almaniya – Azərbaycan Ticarət Palatası və “Azpromo“ tərəfindən təşkil ediləcək.