Bank Of Baku

Bakıda Dünya Türk İş Şurasının regional toplantısı keçiriləcək

Bakıda Dünya Türk İş Şurasının regional toplantısı keçiriləcək
# 20 fevral 2013 07:38 (UTC +04:00)

 

Bakı – APA-Economics. Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) nəzdində fəaliyyət göstərən Dünya Türk İş Şurası (DTİK) Avrasiya Bölgə Komitəsinin fevralın 21-23-də Bakıda toplantısı keçiriləcək.

 

Azərbaycan-Türkiyə İş adamları Birliyindən (ATİB) «APA-Economics»ə verilən məlumata görə, Bakı toplantısına Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən tanınmış türk iş adamları qatılacaq: «Toplantıya qatılacaq şəxslər eyni zamanda Azərbaycan üçün potensial sərmayəçidir. Proqrama əsasən, nümayəndə heyəti səfər zamanı Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, iqtisadi inkişaf naziri Şahin Mustafayev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovla görüşəcək».

 

Fevralın 22-də isə Bakıda DTİK Avrasiya Bölgə Komitənin toplantısı keçiriləcək. Qeyd olunur ki, səfərin təşkilatçısı olan ATİB-in İdarə Heyətinin sədri Cemal Yangın DTİK-nin Avrasiya Bölgə Komitəsi İdarə Heyətinin üzvüdür.

 

Xatırladaq ki, ATİB 2004-cü ilin aprelində yaradılıb və hazırda 86 şirkət Birliyin üzvüdür. Bu şirkətlər Azərbaycan iqtisadiyyatına ümumilikdə 3 mlrd. manatdan çox sərmayə yatırıb, bu şirkətlərdə 40 min nəfərə yaxın işçi çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR