Bank Of Baku

Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçiriləcək

Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçiriləcək
# 05 sentyabr 2013 12:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, I Avropa-Azərbaycan İnvestisiya Konfransı Azpromo, Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Avropa Palataları Assosiasiyasının (Eurochambres), Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının və  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Konfransa Avropanın müxtəlif ölkələrindən 40-a yaxın iş adamının qatılacağı gözlənilir. Tədbir sentyabrın 11-də saat 09:00-da Azərbaycan Diplomatik Akademiyasında (Ünvan: Əhmədbəy Ağaoğlu küç, 11, "Gənclik" metrostansiyasının yaxınlığı) başlayacaq.

 

Əlavə məlumat üçün: (tel.: 012 5980147/48 və ya 4371142, daxili: 123; e-mail: [email protected])

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR