Bank Of Baku

Bakıda Mingəçevirin inkişafı imkanları müzakirə edilib

Bakıda Mingəçevirin inkişafı imkanları müzakirə edilib
# 27 fevral 2013 13:51 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Mingəçevir şəhərinin potensialından daha səmərəli istifadə edilməsi məsələlərinə həsr olunmuş görüş keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Mingəçevirdə fəaliyyət göstərən sənaye müəssisələrinin, iri istehsalçı şirkətlərin rəhbərləri iştirak edib.

 

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısı tərəfindən «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda mühüm vəzifələr müəyyənləşdirildiyini vurğulayıb, bu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün ölkənin bölgələrinin, eləcə də sənaye şəhəri olan Mingəçevirin mövcud potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb və qeyd edib ki, tədbirin məqsədi də Mingəçevirin sosial-iqtisadi inkişaf imkanlarının araşdırılması, müzakirələrin aparılmasıdır.

 

Görüşdə Mingəçevir üçün prioritet hesab olunan iqtisadi sahələrin inkişafı perspektivləri, qabaqcıl texnologiyaları tətbiq etməklə mövcud müəssisələrdə istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətli məhsul istehsal edən müasir müəssisələrin yaradılmasının təşviqi, sənaye parklarının yaradılması imkanları, yeni bazarlara çıxışın təmin olunması məsələləri müzakirə edilib.

 

Aparılan müzakirələrin nəticəsi olaraq Mingəçevir şəhərinin potensialından daha dolğun və səmərəli istifadə edilməsi, məşğulluğun artırılması, infrastruktur layihələrinin reallaşdırılması və s. sahələr üzrə müvafiq tədbirlər həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR