«APA-Economics»in məlumatına görə, forumda Türkiyə İş adamları və Sənayeçilər Konfederasiyasının (TU
Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərən və 300-dən artıq üzvü olan Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TUSİAB) rəhbəri Murad Bakır dünyadakı iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatının dayanıqlığını və investisiya baxımından cəlbediciliyini qeyd edib. O, ölkə iqtisadiyyatının investisiya yönümlü sahələri kimi tikinti və aqrar sahəni xüsusi vurğulayıb.
Forumda çıxış edən Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov son illər ölkədə baş verən iqtisadi inkişaf və investisiya yatırımı baxımından cəlbediciliyi barədə məlumat verib: «Hazırda ölkənin valyuta ehtiyatları 45 mlrd. dollara çatıb. Makroiqtisadi sabitliyə görə Azərbaycan ilk onluğa daxildir. Beynəlxalq reytinq agentlikləri Azərbaycanı sərmayə qoyuluşu üçün cəlbedici ölkə kimi qiymətləndirir».
Z.Əsgərov bildirib ki, bu gün keçirilən forum təşkilata daxil olan ölkələrin iş adamları arasında səmərəli və qarşılıqlı faydalı əlaqələrin qurulmasına və inkişafına xidmət edəcək.
Tədbirdə çıxış edən KEYPA-nın baş katibi Kirilo Tretyak bildirib ki, bu forum Qara Dəniz İqtisadi Əməkdaşlıq ölkələri arasındakı siyasi münasibətləri iqtisadi cəhətdən tamamlayır: «Bu tədbirlər iqtisadiyyatın inkişafı və ölkələr arasında ticarət dövriyyəsinin artımına səbəb olur».
Baş katib təşkilatın işində biznesin iştirakının gücləndirilməsini və belə görüşlərin sayının artırılmasını vacib sayıb: «Dünyadakı iqtisadi böhran fonunda ölkələr arasında iqtisadi əməkdaşlığın güclənməsi çox mühümdür».
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək isə iki qitənin qovşağında yerləşən, böyük ərazi və insan resurslarına malik olan Qara Dəniz hövzəsini beynəlxalq əhəmiyyətə malik region adlandırıb: «Strateji marşrutların, o cümlədən enerji dəhlizlərini özündə birləşdirən, iri təbii ehtiyatlara malik olan Qara Dəniz bölgəsi beynəlxalq güclərin diqqət mərkəzindədir». Onun sözlərinə görə, bölgə ölkələrinin potensialı və coğrafi yaxınlığı işi adamları arasında əlaqələrin güclənməsinə də kömək edəcək.
Toplantıda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndəsi Mehman Mehmanov forumun region ölkələrinin işi adamları arasında əməkdaşlı daha da gücləndirəcəyinə ümid etdiyini bildirərək ASK-nin bu sahədə görülən işlərə dəstək verəcəyini qeyd edib.
Qeyd edək ki, forumda təşkilata üzv olan ölkələrdən 100-ə yaxın xarici iş adamının iştirak etdiyi biznes foruma 300-ə yaxın Azərbaycan şirkətinin təmsilçiləri qatılıb.