Bank Of Baku

Bakıda sahibkarlar üçün treninq keçirilib

Bakıda sahibkarlar üçün treninq keçirilib
# 18 may 2013 09:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev-APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə sahibkarlar üçün treninq keçirilib.


Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları», «İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında keçirilən tədbirdə İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları, Bakı şəhəri və qəsəbələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib.

Treninqdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixrac bazarlarının təsnifatı, strukturu, güzəştli ixrac şərtləri, Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramının («GSP+») əsas xüsusiyyətlər və biznes üçün potensial faydası, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, daxili istehsalın keyfiyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, elektron ticarət və onun əhəmiyyəti və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR