Bank Of Baku

Bakıda Yeni il münasibətilə satış yarmarkaları təşkil olunacaq - SİYAHI

Bakıda Yeni il münasibətilə satış yarmarkaları təşkil olunacaq  - <span style="color: red;">SİYAHI
# 20 dekabr 2012 09:46 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaq.

 

Bu barədə “APA-Economics”ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq və kənd təsərrüfatı mallarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə paytaxtın müxtəlif yerlərində təşkil olunacaq satış yarmarkaları 28-31 dekabr 2012-ci il tarixlərində aşağıdakı ünvanlarda təşkil ediləcəkdir:

 

Binəqədi rayonu

 

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti;

 

Xətai rayonu

 

- “Bakı” kinoteatrının yanı;

- Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi;

 

Nəsimi rayonu

 

- “Təzə bazar”ın ərazisi;

- 3-cü mikrorayon, “Tovuz-Baltiya LTD”nin ərazisi;

 

Səbail rayonu

 

- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

 

Suraxanı rayonu

 

- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;

- Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;

 

Yasamal rayonu

 

- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR