«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Latviyanın baş naziri Valdis Dombrovskis bildirib: «Latviya Azərbaycanla energetika, neft məhsulları, tranzit və logistika, İKT, qida məhsulları və s. sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır».
Baş nazir Bakıya səfəri çərçivəsində artıq Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü və əməkdaşlıq perspektivləri ilə bağlı məsələləri müzakirə etdiyini qeyd edib.
Bu gün Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumuna münasibət bildirən V.Dombrovskis hər iki ölkənin iş adamlarının əməkdaşlıqda, qarşılıqlı investisiya qoyuluşlarında maraqlı olduğunu və bu cür tədbirlərin ikitərəfli əlaqələrin inkişafına və ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcəyini söyləyib.