Bank Of Baku

Baş nazir Yanez Yanşa: «Sloveniya Azərbaycanla bir çox sahələrdə əməkdaşlıqda maraqlıdır»

Baş nazir Yanez Yanşa: «Sloveniya Azərbaycanla bir çox sahələrdə əməkdaşlıqda maraqlıdır»
# 16 yanvar 2013 09:18 (UTC +04:00)

 «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda çıxış edən Sloveniyanın baş naziri Yanez Yanşa bildirib.

 

Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi istənilən səviyyədə deyil, halbuki bu göstəricini artırmaq üçün hər iki tərəfin böyük potensial mövcuddur: «Azərbaycan və Sloveniya İKT, tikinti və əczaçılıq kimi sahələrdə əməkdaşlıq edir. Biz Azərbaycanla emal sənayesi, logistika, elm, texnologiya və təhsil kimi sahələr üzrə əməkdaşlıqda maraqlıyıq».

 

Baş nazir onu da əlavə edib ki, 2011-ci ildə Sloveniyaya Azərbaycandan 13 min turist gəlib, bu isə 2010-cu ilə nisbətən 70% çoxdur: «Biz Azərbaycan turistlərini Sloveniyaya dəvət edirik».

 

Y.Yanşa həmçinin bildirib ki, Azərbaycan Avropanın etibarlı enerji təchizatçısı rolunu oynayır və Sloveniya Azərbaycanla bu sahədə də əməkdaşlıq etməkdə maraqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR