Bank Of Baku

Belarusda Azərbaycan məhsullarının sərgisi keçiriləcək

Belarusda Azərbaycan məhsullarının sərgisi keçiriləcək
# 13 dekabr 2012 07:47 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 18-20-də Azərbaycanın nümayəndə heyəti Belarusda səfərdə olacaq.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, dekabrın 19-20-də Minsk şəhərində Belarus-Azərbaycan biznes forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan məhsullarının sərgisi təşkil olunacaq. Tədbir Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.

 

Biznes forum və sərgi zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri iş əlaqələri qurmaq və məhsullarını nümayiş etdirmək imkanı əldə edəcəklər.

 

Tədbirdə iştirak etmək istəyənlər Azpromo-ya müraciət edə bilər. Əlaqə telefonu: (+994 12) 598-01-47/48.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR