Bank Of Baku

Biləcəridə sahibkarlara 1,1 mln. manat məbləğində güzəştli kreditlər verilib

Biləcəridə sahibkarlara 1,1 mln. manat məbləğində güzəştli kreditlər verilib
# 26 aprel 2013 11:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) təşkilatçılığı ilə Binəqədi rayonunun Biləcəri qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

 

Tədbir çərçivəsində SKMF tərəfindən Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir ət kəsimi müəssisəsinin və istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

 

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verərək hazırda ölkədə davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu vurğulayıb, Bakı şəhəri, şəhərətrafı kənd və qəsəbələrdə Dövlət Proqramı çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat veriblər.

 

Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev Bakı şəhəri, ətraf kənd və qəsəbələrində verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri, cari ildə həyata keçiriləcək yeni layihələr barədə tədbir iştirakçılarına məlumat verib və qeyd edib ki, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 481 investisiya layihəsinin maliyyələşdirilməsinə 117,3 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 3 800-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir.

 

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 23 sahibkarlıq subyektinə 1,1 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 50-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR