Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Biləsuvar rayonunda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün «Biznesin əsasları, təşkili və idarə edilməsi» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.
Nazirlikdən «APA-Economics»ə məlumata görə, treninqdə iştirakçılara biznesin mahiyyəti, biznes mühiti, biznesin təşkilati-hüquqi formaları, biznesin idarə edilməsinin təşkili, biznesin təhlükəsizliyi və s. barədə ətraflı məlumatlar verilib.
Tədbirdə həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.