Bakı. Şamil Əlibəyli – APA-Economics. Bosniya və Herseqovina Federasiyasına daxil olan Serb Respublikasından olan təxminən 30 şirkət Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Bu şirkətlər yanvarın sonunda Banya Luka şəhərində keçiriləcək Bosniyavə Herseqovina-Azərbaycan biznes forumunda iştirak etmək niyyətindədir.
APA-nın «Sarajevo Times» nəşrinə istinadən verdiyi məlumata görə, Serb Respublikasının iqtisadi əlaqələr və regional əməkdaşlıq naziri xanım Jelka Tsviyanoviç foruma hazırlıqla bağlı Biznes Palatasının nümayəndələri Borka Curiç və Dragitsa Ristiç ilə görüşüb və müzakirələr aparıb. Görüşdə Nazirliklə Biznes Palata arasında müştərək layihələrin icrası, Palatanın və Nazirliyin xaricdəki nümayəndələri ilə əməkdaşlıq məsələləri müzakirə olunub və 2013-cü ildə bu əməkdaşlığın effektivliyinin daha da artırılması üçün tədbirlər planın hazırlanmasının vacibliyi qeyd olunub.