Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin noyabrın 10-14-də Böyük Britaniyanın Orta Asiya Assosiasiyasının ticarət missiyası Azərbaycana səfər edəcək.
Missiyadan «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın dövlət qurumları, iri şirkətlər və əsas bankları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Missiya bank və maliyyə, nəqliyyat, tikinti, təhsil, aqrar, turizm, neft və qaz sektorlarını əhatə edir və Böyük Britaniya investorları üçün həmin sahələrdə mövcud olan vəziyyəti araşdırır.
Qeyd edək ki, missiya Azərbaycan şirkətləri üçün Böyük Britaniyada potensial partyonların tapılmasına dəstək olacaq.