Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Macarıstan və Azərbaycan arasında səhiyyə sahəsinə dair investisiya forumu keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto bildirib.
P.Siyarto qeyd edib ki, investisiya forumunun gələn ilin I rübündə Budapeştdə təşkil edilməsi planlaşdırılır. Onun sözlərinə görə, 2013-cü ilin əvvəlində Macarıstanın əczaçılıq sahəsində ən iri korporasiyasının nümayəndələri Azərbaycana səfər edəcək. Səfər zamanı korporasiya təmsilçilərinin Bakıda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcəyi, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparacağı gözlənilir. «Gələn ilin birinci rübündə isə iki ölkə arasında Budapeştdə səhiyyə sahəsinə dair investisiya forumunun keçiriləcəyi gözlənilir», - deyə P.Siyarto bildirib.