Bakı – APA-Economics. Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubu (CEİBC) hakimiyyət-biznes dialoqunun aktivləşdirilməsi üçün Azərbaycan prezidenti, CEİBC sədri İlham Əliyevə müraciət edib.
“APA-Economics”in xəbərinə görə, bunu CEİBC prezidenti və icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, indiyədək keçirdikləri bütün görüşlərin yekunu olaraq problemlər haqqında hesabat hazırlanıb: “Klub bu problemlərin həlli üçün təkliflər də irəli sürüb. Bununla əlaqədar dövlət başçısına müraciət edərək bu ilin sentyabrında biznesin yığılıb qalmış problemlərinin həlli üçün onunla görüşmək təşəbbüsümüzü dəstəkləməyini xahiş etmişik”.
T.Əliyev qeyd edib ki, hökumət üzvləri ilə görüşlər ayda iki dəfə keçiriləcək. İlk belə görüş DSMF sədri Səlim Müslümovla keçirilib. CEİBC aprelin 1-dən hakimiyyət-biznes formatında görüşlərini intensivləşdirmək fikrindədir.