Bank Of Baku

Çexiya səfiri: “Azərbaycan müasirləşmə istiqamətində böyük irəliləyiş əldə edib” - FOTO

Çexiya səfiri: “Azərbaycan müasirləşmə istiqamətində böyük irəliləyiş əldə edib” - <span style="color: red;">FOTO
# 11 sentyabr 2013 10:55 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. “Azərbaycan son illərdə ölkənin müasirləşməsi istiqamətində böyük irəliləyiş əldə edib”. Çexiyanın Azərbaycandakı  səfirliyindən APA-ya verilən məlumatına görə, bunu Çexiyanın Azərbaycandakı səfir Radek Matula Bakıda Çexiya-Azərbaycan Ticarət Palatası, səfirlik və Çexiya Ticarət Palatasının birgə təşkilatçılığı  ilə  keçirilmiş Çexiya və Azərbaycanın iş adamları üçün rəsmi səhər yeməyində bildirib.

 

Onun sözlərinə görə, bu irəliləyiş tək Bakıda yox, Azərbaycanın digər regionlarında da baş verir: “Bu, əsasən ölkə rəhbərliyinin gələcəklə bağlı dəqiq baxışı olmasından, həmçinin zəngin təbii sərvətlərin, neft və qaz ehtiyatlarının olmasından asılıdır. Bütün bu layihələrdə iştirak etmək üçün Çexiya şirkətlərinin böyük imkanları mövcuddur. Çexiya və Azərbaycan dost ölkələrdir və bir çox sahələrdə güclü tərəfdaşdırlar. Bizim münasibətlərimiz çox yaxşıdır və biz birlikdə uğurlu işləyə bilərik”.

 

Qeyd edək ki, keçirilmiş tədbirin məqsədi neft-qaz, tikinti, mühəndislik və istehsalat, maşınqayırma, tekstil, pərakəndə ticarət, bankçılıq, maliyyə, sığorta və s. sektorlar üzrə  biznes fəaliyyəti ilə məşğul olan Çex və Azərbaycan şirkətlərinin bir araya gəlməsi və onların əməkdaşlıq imkanlarını müzakirə etmələrinə şərait yaratmaq olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR