Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Holcim Group” şirkətinin rəhbəri Bernard Fontana ilə görüşüb.
“APA-Economics”in məlumatına görə, ötən il Bakıda “Holcim Group” şirkətinin sement zavodunun açılışında prezident İ. Əliyevin iştirakını xatırladan B. Fontana Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğunu yüksək qiymətləndirib, bu şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin yaratdığını bildirib.
Öz növbəsində, prezident İ. Əliyev “Holcim Group” şirkəti tərəfindən Azərbaycana sərmayə yatırılmasının önəmini qeyd edib. Dövlət başçısı bu şirkətlə əməkdaşlığın İsveçrə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyini vurğulayıb.
Görüşdə Azərbaycan-İsveçrə biznes əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.