Bank Of Baku

Dövlət Xidmətinin rəisi: “Daş karxanalarında əmək şəraiti ilə bağlı minimum standartlar təmin olunmayıb”

Dövlət Xidmətinin rəisi: “Daş karxanalarında əmək şəraiti ilə bağlı minimum standartlar təmin olunmayıb”
# 29 yanvar 2015 10:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Aprel ayının 28-i Əməyin Beynəlxalq Mühafizəsi günüdür. Biz həmin günə qədər Azərbaycanda daş karxanalarında tərəfdaşlarımızla baxış keçirəcəyik. Çünki daş karxanalarında əmək şəraiti ilə bağlı minimum standartlar təmin olunmayıb”.

 

APA-nın məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə söyləyib.

 

F. Əlizadə deyib ki, işəgötürənlər ən azı daş karxanalarında minimum əmək şəraiti yaratmalıdırlar: “Biz o daş karxanalarında baxışlar, monitorinqlər keçirmişik, hələ də daş karxanalarında vəziyyət düzəlməyib. Daş karxanalarında minimum standartlar təmin olunmalı, işçilərin yemək yeməsi, paltar dəyişməsi, yuyunmaları üçün şərait yaradılmalıdır. Yaxın aylarda biz daş karxanalarında bunu təmin edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR