Bakı – APA-Economics. Dünyanın dörd böyük beynəlxalq tütün şirkəti aksizli istehlak mallarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq üçün birgə ittifaq yaradıb.
“APA-Economics”in xəbərinə görə, “British American Tobacco”, “Imperial Tobacco Group”, “Japan Tobacco International” və “Philip Morris International” hökumətlərə qaçaqmalçılıq, saxtalaşdırma və vergidən yayınma ilə mübarizədə kömək etmək üçün beynəlxalq standartlar və rəqəmsal texnologiyaları təbliğ etmək məqsədilə Rəqəmsal Kodlaşdırma & İzləmə Assosiasiyasını (RKİA) yaradıb.
RKİA beynəlxalq təchizat zəncirlərinin təminatı sahəsində sənayenin kollektiv təcrübəsinə və saxta məhsulu orijinaldan ayırmaq üçün müasir inkişaf edən texnologiyalara əsaslanır. Siqaret və spirtli içkilərin qanunsuz ticarətinin aradan qaldırılması beynəlxalq əməkdaşlıq, həmçinin gömrük, sərhəd və vergi orqanlarının işçilərinə kömək üçün bunları həyata keçirən cinayətkarlara qarşı mübarizədə ağıllı alətlər tələb edir. RKİA bu məqsəd üçün Codentify® texnologiyasına əsaslanan yoxlanılmış, təhlükəsiz və səmərəli həll təklif edir.
Codentify® hökumətlərə tütünün qanunsuz ticarətini aradan qaldırılmaq üçün vergi gəlirlərini qorumaq, daşımaların qanuniliyini yoxlamaq və Ümumdünya Səhiyyə Təşkilatının protokolları da daxil olmaqla, beynəlxalq normativ tələblərə cavab vermək üçün lazım olan bütün məlumatlara mobil telefon vasitəsilə tez və asan çıxış təklif edərək, rəqəmsal eraya sıçrayış edir.
RKİA-nın nümayəndəsi Pat Heneghan qeyd edib ki, bu günün qanuni təchizat zəncirləri qlobaldır, mürəkkəbdir və bir çox tərəfləri daxil edir: “Qanunsuz malların dövriyyəsi ilə məşğul olan cinayətkarların və terroristlərin təcrübəsinin birləşməsi o deməkdir ki, milli hökumətlər bu təhlükəli və artan problemlə bağlı bir irəliləyiş əldə etmək istəyirlərsə, təchizat zəncirlərini qorumaq üçün son texnologiyalardan yararlanmalıdırlar. Dünyanın dörd ən böyük beynəlxalq tütün istehsalçıları hökumətlərə beynəlxalq qanunsuz ticarət üzrə XXI əsrin həllini təklif etmək üçün Rəqəmsal Kodlaşdırma & İzləmə Assosiasiyasını qurmaq məqsədilə bir araya gəliblər. Biz əminik ki, RKİA bu çətin zamanda vergi gəlirlərini qorumaq üçün yollar axtaran hökumətlərə və qara bazardan gəlir qazanan cinayətkarları zərərsizləşdirməyə real təsir etmək üçün lazım olan texnologiya və təcrübə ilə təmin edə bilər”.