Bank Of Baku

Ekspert: «Azərbaycandakı çörək sexləri əsasən yodsuz duzdan istifadə edir»

Ekspert: «Azərbaycandakı çörək sexləri əsasən yodsuz duzdan istifadə edir»
# 04 fevral 2013 09:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda fəaliyyət göstərən çörək sexlərinin 60%-də yodsuz duzlardan istifadə edilir. APA-nın xəbərinə görə, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

E.Hüseynov qeyd edib ki, həmin duzların harada və hansı şəraitdə istehsal olunması məlum deyil. Onun sözlərinə görə, bu duzlar əsasən Salyan və Qaradağ rayonları ərazisində yerləşən duz göllərindən toplanılır və çirkli şəkildə istehsalatda istifadə olunur: «Eyni zamanda, pendir istehsalında da yodsuz duzlardan istifadə edilir. Bəzən deyirlər ki, yodlu duzdan pendir və ya şoraba istehsalında istifadə olunsa mənfi nəticələrə səbəb olar. Əslində isə heç də belə deyil. Yodlu və təmiz duzlardan hər bir məhsulun istehsalında rahatlıqla istifadə etmək olar».

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR