Bank Of Baku

Fərdi sahibkarlar DSMF-ə hesabat verməli olmayacaqlar

Fərdi sahibkarlar DSMF-ə hesabat verməli olmayacaqlar
# 23 noyabr 2012 12:17 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin Dövlət Sosial Müdafiə Fonduna hesabat verməsi qaydası ləğv ediləcək. Bu barədə «APA-Economics»ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

 

Onun sözlərinə görə, bu yenilik «Sosial sığorta haqqında» qanuna gözlənilən dəyişikliklərdə nəzərdə tutulur: «Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərənlərin, eləcə də torpaq payı mülkiyyətçilərinin DSMF-ə hesabat təqdimetməsi ortadan qaldırılacaq».

 

Bununla yanaşı, fond rəhbəri dəqiqləşdirib ki, söhbət yalnız o fiziki şəxslərdən gedir ki, işçisi olmasın. Çünki belə şəxslərin nə qədər sosial sığorta haqqı ödəməsi qanunvericilikdə dəqiqləşdirilib: «Belə olan halda hesabatın verilməsinə nə ehtiyac var?» Amma sahibkarlıq fəaliyyəti göstərən və əmək müqaviləsinə əsasən işçiləri olan fiziki şəxslər indiki qaydada hesabat verməkdə davam edəcəklər: «Çünki onlar həmin işçilər üçün bizə sosial sığorta haqqı ödəməlidirlər, bunun üçün də hesabat olmalıdır».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR