Bakı. Nicat Mustafayev – APA-Economics. Serbiya prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçiriləcək.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iki ölkənin iş adamları arasında işgüzar görüş fevralın 9-da keçiriləcək.
Tədbirdə iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilər.