Bank Of Baku

Fransa Azərbaycanda həyata keçirilən kənd təsərrüfatı və ekologiya layihələrinə maraq göstərir - YENİLƏNİB

Fransa Azərbaycanda həyata keçirilən kənd təsərrüfatı və ekologiya layihələrinə maraq göstərir - <span style="color: red;">YENİLƏNİB
# 26 noyabr 2013 12:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Fransa Azərbaycanın kənd təsərrüfatı və ekologiya sahələrində böyük inkişaf perspektivləri görür. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

 

Onun sözlərinə görə, Fransa tərəfini «Ağ şəhər» layihəsinin reallaşması maraqlandırır: «Artıq Azərbaycanda müəyyən ekoloji problemlər öz həllini tapıb. Bu səbəbdən Fransa şirkətləri bu sahədə aparılan işlərdə yaxından iştirak etmək üçün olduqca böyük maraq göstərir. Fransa tərəfi Azərbaycana bu sahədə real işlər görməyə hazır olduğunu bildirib».

 

Nazir qeyd edib ki, Azərbaycan və Fransanın birgə əməkdaşlığının əsas istiqaməti enerji əməkdaşlığıdır: «Fransa tərəfi Cənub enerji dəhlizinin yaradılmasında iştirak etmək istəyir və Azərbaycanın bu istiqamətdəki səyləri çox yüksək qiymətləndirir. Bildiyiniz kimi, Azərbaycanın «Şahdəniz» layihəsində Fransanın «Total» şirkəti payçı kimi iştirak edir. Bu baxımdan, bu sahəyə Fransanın marağı çox böyükdür».

 

S.Şərifov həmçinin vurğulayıb ki, Fransa şirkətləri Azərbaycanda yaradılan texnoloji və sənaye parklarında da iştirakda maraqlıdır: «Artıq Azərbaycan tərəfi Fransa şirkətlərini Sumqayıt Kimya Parkında və Sumqayıt Texnoparkında iştiraka dəvət edib».

 

Qeyd edək ki, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi 1,2 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycanın maliyyə naziri Samir Şərifovun fikrincə, bu, iki ölkənin tam potensialını əks etdirmir: «Güman edirəm ki, bizim biznes qurumlarımız həm ticari, həm də iqtisadi əlaqələrimizi artıracaq. Bu da iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq». 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR