Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyədə Avrasiya iş adamları Forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, bu forum dekabrın 12-15-də Türkiyənin Gebze şəhərində təşkil olunacaq.
Forum avtomobil hissələri, plastik məmulatlar, tikinti materialları, polad və metal məmulatlar, kənd təsərrüfatı, kimya, mebel, qida, qablaşdırma, maşınqayırma və digər sənaye sahələrini əhatə edəcək.
Tədbirdə 25 ölkədən 300 iş adamının iştirakı gözlənilir. İştirakçıların mehmanxana və daxili nəqliyyat xərcləri forumun təşkilatçıları tərəfindən ödəniləcək. Forumda iştirak etmək istəyən azərbaycanlı iş adamları Azpromo-ya müraciət edə bilərlər.