Bakı. Nicat Mustafayev – APA-Economics. Fevralın 17-18-də Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edəcək.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, səfər çərçivəsində fevralın 18-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Banya-Luka şəhərində Bosniya və Herseqovina-Azərbaycan biznes forumu keçiriləcək.
Biznes forumda iştirak etmək istəyən sahibkarlar və işgüzar dairələr Azpromo-ya müraciət edə bilər.