Bank Of Baku

Gələn il Azərbaycanda nəqliyyat və rabitə xərcləri 8% artacaq

Gələn il Azərbaycanda nəqliyyat və rabitə xərcləri 8% artacaq
# 11 oktyabr 2013 12:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Nəqliyyat və rabitə xərclərinə 2014-cü il dövlət büdcəsində 121,4 mln. manat və ya 2013-cü illə müqayisədə 8,7%, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən isə 42,2% çox vəsait proqnozlaşdırılıb.

 

«APA-Economics»in xəbərinə görə, bu, «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir.

 

Təqdimata görə, ortamüddətli dövrdə nəqliyyat sektorunun inkişaf siyasətinin prioritetləri nəqliyyat sisteminin davamlı inkişaf etdirilməsi, yol-kommunikasiya kompleksində müxtəlif nəqliyyat növlərinin ardıcıl inkişafı, ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, eləcə də ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də Azərbaycan ərazisindən keçən nəqliyyat-kommunikasiya trafikinin və əsas nəqliyyat vasitələrinin dünya standartlarına uyğun modernləşdirilməsi və müasirləşdirilməsi əsasında milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına inteqrasiyasından ibarət olacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR