Bank Of Baku

Gəncədə böyük ticarət mərkəzi tikilir

Gəncədə böyük ticarət mərkəzi tikilir
# 16 aprel 2013 10:48 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə dəyəri 10 milyon dollar olan ticarət mərkəzi tikilir. APA-nın qərb bürosunun xəbərinə görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

 

Onun sözlərinə görə, Kəpəz Rayon İcra Hakimiyyəti binasının yaxınlığında 15 hektar sahədə inşa edilən ticarət mərkəzində həm kənd təsərrüfatı məhsulları, həm də sənaye məhsulları satılacaq.

 

“Mərkəzdə hotel, avtomobil dayanacağı və s. xidmətlər olacaq. Burada mövcud olan 750 ticarət obyektinin yarısını Mərkəzi inşa edən şirkət, yarısını isə orada çalışacaq sahibkarlar inşa edəcəklər. Yaxın vaxtlarda tikili təhvil veriləcək” – deyə E.Vəliyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR