Bakı. APA-Economics. Hər bir kəs çalışdığı sahədə öz peşəkarlıq səviyyəsini daima artırmağa, yeni biliklər öyrənməyə meylli olmalıdır. Məhz bu cür yanaşma sürətli inkişaf edən dövrümüzdə trendləri daha düzgün dərk edərək onlara uyğunlaşıb irəli getməyə imkan verir. Peşə fəaliyyəti dövründə davamlı təhsilin təmin edilməsi və müasir bilik və bacarıqların insanlara öyrədilməsində Azərbaycan biznes mühitinə son 8 ildə böyük töhfələr vermiş GRBS-in rolu böyükdür. Peşəkar karyera qurmaq istəyən şəxslər üçün GRBS-in faydalarını nəzərə alıb təşkilatın Marketinq və Korporativ Satış Departamentinin direktoru İlham Yusifovun «APA-Economics»ə müsahibəsini təqdim edirik.
- GRBS və onun fəaliyyəti haqqında ümumi məlumat vermənizi istərdik.
- GRBS 2004-cü ildə fəaliyyətə başlayıb və təhsil sahəsində özünün çoxsaylı nailiyyətləri ilə qısa zaman ərzində regionun, ümumilikdə MDB məkanında öz beynəlxalq akkreditasiyalarının sayına görə lider təhsil təşkilatına çevrilib. Bizi ənənəvi təhsil mərkəzlərindən fərqləndirən əsas cəhət,
- Siz təhsil ilə bağlı bir neçə beynəlxalq kvalifikasiyaların adını qeyd etdiniz. Bu barədə bir qədər ətraflı məlumat təqdim etmənizi xahiş edirik.
- Adlarını yuxarıda sadaladığım kvalifikasiyalar hərəsi öz sahəsi üzrə dünyada lider kvalifikasiyalar hesab olunur. Götürsək, ACCA-ni bu kvalifikasiyanın 100 illik bir tarixi var və hər il dünyanın 190 ölkəsində maliyyə və mühasibatlıq sahəsində peşəkar olmaq istəyən 10 minlərlə şəxs bu kvalifikasiya üzrə hazırlıq kurslarında iştirak edir. Sonradan imtahanları uğurla verən şəxslər mühasib, auditor kimi ən məşhur şirkətlərdə uğurlu karyera qururlar. Yeri gəlmişkən, biz ACCA,
- Bu kurs özündə hansı mövzuları əhatə edir və bu kursu kimlərə məsləhət görərdiniz?
- Dövlət və biznes layihələrinin sayı artdıqca peşəkar layihə menecerlərinə daha çox ehtiyac yaranır. Peşəkar layihə idarə etmək qabiliyyətində olmaq üçün isə məhz ən vacib bilik və bacarıqlara malik olmaq lazımdır. Bizim təqdim etdiyimiz hazırlıq kursu layihə risklərinin, insan resurslarının, xərclərin, ünsiyyətin, keyfiyyətin, təchizatın idarə edilməsi kimi mühüm mövzuları əhatə edir. Yeri gəlmişkən, bu kursda təlimçinin özü son 15 il ərzində çoxsaylı uğurlu layihələri olan və hazırda dünyanın qabaqcıl təhsil təşkilatı olan IDP Education Yaxın Şərq üzrə Biznesin İnkişafı üzrə meneceridir.
- Kursun faydaları haqqında nələri söyləyə bilərsiz?
- İlk öncə bu təlim kursunda iştirak etməklə PMI-ın PMP kvalifikasiyasının imtahanını uğurla keçmək olar. Təcrübə göstərir ki, bu imtahana qeydiyyatdan keçən şəxslər imtahandan öncə bu tip hazırlıq kursunu keçərək peşəkar təlimçinin və digər kurs iştirakçılarının töhfələri ilə nəzəri və praktik bilikləri bir araya gətirib imtahanı uğurla keçə bilirlər. PMP kvalifikasiyasının imtahan vermək niyyətində olmayan, lakin layihələrin idarə edilməsi üzrə hazırda çalışan və ya gələcəkdə çalışmağı planlaşdıran istənilən şəxs də bu kursda iştirak etməklə layihə idarəetməsi üçün vacib bilik və bacarıqlara yiyələnəcək ki, bu da onları uğurlu layihə menecerinə çevirəcək. Bundan əlavə kursu müvəffəqiyyətlə bitirmək yeni karyera imkanları, daha çox əməkhaqqı, iş prosesində effektivliyin artırılması, beynəlxalq səviyyədə öz peşəsinin peşəkarı kimi tanınma statusunu da qazanmağa imkan verir.
- Kursda iştirak üçün hara, kimə müraciət etmək lazımdır və ümumiyyətlə, iştirakçılar üçün hər hansı bir güzəştlər və əlavə xidmətlər təklif olunurmu?
- Biz bu prosesi çox sadələşdirmişik. Bu hazırlıq kursunda iştirak etmək istəyən hər bir şəxs [email protected] e-mail ünvanı, (012) 437 10 51/61 və ya *4727 telefon nömrələri ilə bizimlə əlaqə saxlaya bilər. Qısa zaman ərzində həmin şəxsin iştirak istəyi qeydə alınacaq və müvafiq məlumatlar təqdim ediləcək. Qeyd edim ki, GRBS öz müştərilərinə çoxsaylı güzəştlər və əlavə xidmətlər təklif edir. Bütün bunlarla bağlı bizim Müştəri Xidmətlərinin əməkdaşları maraqlanan şəxslərə geniş məlumat təqdim edirlər. Eyni zamanda bildirim ki, bizdə dövlət işçilərinin hər birinə 15%-lik güzəşt təklif olunur. Sonda qeyd edim ki, GRBS missiyası insanlara öz karyeralarında uğurlu olmaq üçün öz geniş profilli xidmətləri ilə yardımçı olmaq və onların davamı peşəkar inkişaflarına dəstək olmaqdan ibarətdir. Ümid edirik ki, keçirəcəyimiz bu hazırlıq kursu da bu baxımdan çox mühüm addım olacaq.