Bank Of Baku

İnquşetiya azərbaycanlı iş adamlarını parnik təsərrüfatlarına sərmayə yatırmağa dəvət edib

İnquşetiya azərbaycanlı iş adamlarını parnik təsərrüfatlarına sərmayə yatırmağa dəvət edib
# 08 iyul 2013 15:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanda son vaxtlar sosial-iqtisadi sahədə görülən işlər bizə maraqlı gəlir. Biz bu inkişafı müşahidə edirik. İnquşetiya da intensiv şəkildə inkişaf edir. Ona görə də istəyirik ki, hər iki ölkənin bu istiqamətdəki səyləri həm Azərbaycan tərəfinə, həm də bizim tərəfə töhfə vermiş olsun”. “APA-Economics”ın məlumatına görə, bunu Bakıda keçirilən Rusiya-Azərbaycan biznes forumu çərçivəsində Rusiyanın İnquşetiya Respublikasının baş naziri Musa Çiliyev jurnalistlərə açıqlamasında bildirib.

 

İnquşetiya hökumət başçısı azərbaycanlı iş adamlarının diqqətini parnik təsərrüfatına yönəldib. O, azərbaycanlı iş adamlarını məhz bu istiqaməti inkişaf etdirməyə dəvət edib: “Çünki bizim iqlim şərtlərimiz bir-birimizə yaxındır. Məhsulların becərilməsi üçün yaxşı texnikamız var. Hesab edirəm ki, Azərbaycandan olan iş adamlarına uzun sərhədləri aşmaqdansa, məhz bizim regionda məhsullarını yetişdirmək və Rusiya rayonlarına tədarük etmək daha sərfəli olar. Bu, eyni zamanda bizim üçün də sərfəli olar. Çünki biz parnik təsərrüfatını intensiv şəkildə inkişaf etdiririk”.

 

Musa Çiliyev Azərbaycan turizminin inkişaf tempindən heyrətə gəldiyini də etiraf edib, qısa vaxt ərzində Azərbaycanın bu sahədə inkişafını yüksək qiymətləndirib: “Hotellərin tikintisi, sahilyanı ərazilərin inkişaf etdirilməsindən savayı, turistlərə xidmət göstərəcək, onları sizin ölkəyə cəlb edəcək yüksək xidmətin göstərilməsi olduqca vacibdir. Fikir verdim ki, siz, bu problemi həll edə bilmisiniz. Bir çoxlarının 10 illərlə etdiklərini siz artıq nail olmusunuz. Ölkəmizə qayıtdıqdan sonra Azərbaycanı təbliğ edəcəyik. Hesab edirəm ki, Azərbaycanın kurort yerləri Türkiyədən daha yaxşıdır. Çünki bizim yollarımız daha yaxın, daha asandır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR