Bank Of Baku

İranın iqtisadi missiyası Azərbaycana gələcək

İranın iqtisadi missiyası Azərbaycana gələcək
# 15 oktyabr 2013 11:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İran qonşu ölkələrlə iqtisadi əlaqələrini daha da gücləndirmək məqsədi ilə yaxın vaxtlarda Azərbaycan və Gürcüstana nümayəndələrini göndərəcək.


«APA-Economics»in «Mehr» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Tehran Ticarət Palatasının sədri Yəhya əl-Eşad bildirib.


Daha əvvəl belə bir nümayəndə heyətini İran Ermənistana göndərib. İndi isə analoji nümayəndə heyətləri Azərbaycan, Gürcüstan və Əfqanıstana göndəriləcək.


Y.əl-Eşadın sözlərinə görə, Tehran Ticarət Palatası bundan başqa Fars körfəzi ölkələri ilə də iqtisadi və siyasi əlaqələrini genişləndirmək niyyətindədir. O əlavə edib ki, bu məqsədlə İran Birləşmiş Ərəb Əmirlikləri, İraq, Bəhreyn, Oman və Qətər kimi ölkələrə müxtəlif nümayəndə heyətləri göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR