Bank Of Baku

İstanbulda mebel istehsalçılarının biznes forumu keçiriləcək

İstanbulda mebel istehsalçılarının biznes forumu keçiriləcək
# 15 may 2013 07:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 16-23-də İstanbulda Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) təşkilatçılığı ilə «Türkiyə – Dünya Ticarət Körpüsü-2013» biznes forumu keçiriləcək.

 

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, tədbirdə Afrika, Asiya, Orta Şərq, Şimali və Latın Amerikasından mebel sahəsində fəaliyyət göstərən 1 000-ə yaxın idxalçı şirkətin iştirakı nəzərdə tutulur.

 

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr biznes forumda iştirak etməyə dəvət olunur. Tədbirdə iştirak etmək istəyən iş adamları TUSKON-a müraciət edə bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR