Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sentyabrın 12-15-də Türkiyənin İstanbul şəhərində Türkdilli dövlətlərin ixracyönümlü məhsullarının I Sərgisi və Türkdilli dövlətlərin II Biznes Forumu keçiriləcək. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirlərdə iştiraka dəvət olunur.
Sərgi və biznes forum haqqında ətraflı məlumat almaq üçün Azərbaycan Sahibkarlar Konfederasiyasına müraciət etmək olar: tel.: (+994 12) 465-72-44/45/46; faks: (+994 12) 465-72-42/43; e-mail: [email protected].