Bank Of Baku

Kanada Azərbaycanda biznes fəaliyyətinin təşkilinə dəstək göstərəcək

Kanada Azərbaycanda biznes fəaliyyətinin təşkilinə dəstək göstərəcək
# 29 may 2013 15:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) Bakıda səfərdə olan Kanadanın Alberta vilayətinin Kənd Təsərrüfatı və Regionların İnkişafı Nazirliyi Ticarətin inkişafı və beynəlxalq əlaqələr Departamentinin nümayəndəsi Qrand Vintonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılan iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, Azərbaycanın iştirakçısı olduğu irimiqyaslı regional layihələr və Azpromo-nun fəaliyyəti barədə məlumat verib.

 

Q.Vinton ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-Kanada iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

 

Görüş çərçivəsində Kanadanın kənd təsərrüfatı sahəsində, o cümlədən heyvandarlıq, kənd təsərrüfatı avadanlıqlarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən şirkətlərinin təqdimatları dinlənilib.

 

Tədbir zamanı Azərbaycanın investisiya imkanları barədə müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb və Azpromo tərəfindən Azərbaycanda biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR