Bank Of Baku

Komitə sədri: «Çörəyin paketlənməsini bütün müəssisələrdə təmin etmək çətindir» - FOTO

Komitə sədri: «Çörəyin paketlənməsini bütün müəssisələrdə təmin etmək çətindir» - <span style="color: red;">FOTO
# 20 noyabr 2013 09:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı şəhərində müəyyən istehsalçılar çörəyin paketlənməsini həyata keçirməyə başlayıb. Lakin bunu kütləvi şəkildə bütün müəssisələrə tətbiq etmək olduqca çətin məsələdir. «APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

 

Komitə sədri qeyd edib ki, artıq müəyyən müddətdir ki, bir çox şirkətlər bu standarta əməl edir: «Xüsusilə, iri çörək zavodları məhsulun paketlənməsini həyata keçirir. Lakin bu iş hər yerdə icra olunmur. Məsələn, bölgələrdə təndir çörəyi bişirənləri bu standartlara riayət etməyə məcbur etmək çətindir. Amma bütün çətinliklərə baxmayaraq, bu istiqamətdə iş davam etdirilir».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR