Bank Of Baku

Mayın 22-24-də Bakıda beynəlxalq qida sənayesi sərgisi keçiriləcək

Mayın 22-24-də Bakıda beynəlxalq qida sənayesi sərgisi keçiriləcək
# 10 may 2013 07:11 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 22-24-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XIX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi («WorldFood Azerbaijan-2013») keçiriləcək.

 

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 3 gün davam edəcək sərgi çərçivəsində VII Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı Sərgisi («Agrihort Azerbaijan-2013») və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi keçiriləcək.

 

«WorldFood Azerbaijan-2013» çərçivəsində ət və quş əti, balıq və dəniz məhsulları, süd məhsulları, dondurma, yağ-piy məhsulları, spirtli və spirtsiz içkilər, qənnadı və çörək-bulka məmulatları, çay və qəhvə, meyvə, tərəvəz, uşaqlar üçün və pəhriz qida məhsulları, tütün məmulatları, ət və balıq emalı üçün avadanlıqlar, konservləşdirmə, çörəkbişirmə, süd və qənnadı sənayesi üçün, qablara tökmə üçün və bir sıra digər avadanlıqlar nümayiş olunacaq. Eyni zamanda, sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixana avadanlıqları, suvarma sistemləri, toxumlar, gübrələr və s. bu kimi məhsullar nümayiş etdiriləcək. Sərgi pavilyonun qarşısındakı açıq meydançada isə ziyarətçilərin diqqətinə kənd təsərrüfatı texnikası təqdim olunacaq.

 

Tədbir Azərbaycan, Ukrayna, Almaniya, Rusiya, Fransa, İtaliya, İspaniya və Hollandiyadan olan kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirəcək.

 

Qeyd edək ki, sərgi Azərbaycan Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirlikləri, Azərbaycan Ticarət və Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəsmi dəstəyi ilə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR