Bank Of Baku

Mayın 25-də Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək

Mayın 25-də Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək
# 16 may 2013 12:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 25-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək.

 

«APA-Economics»in Azpromo-ya istinadən verdiyi məlumata görə, biznes forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvili və digər rəsmi şəxslər və iş adamları iştirak edəcəklər. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan sahibkarları arasında özlərinə tərəfdaş tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcək.

 

Tədbirdə iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilər.

 

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda analoji biznes forumlar bundan əvvəl Tiflis və Qars şəhərlərində keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR