Bank Of Baku

MDB ölkələri “Malların ölkə mənşəyinin müəyyənləşdirilməsi Qaydaları”na dəyişiklikləri müzakirə edib

MDB ölkələri “Malların ölkə mənşəyinin müəyyənləşdirilməsi Qaydaları”na dəyişiklikləri müzakirə edib
# 05 mart 2013 15:03 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova - APA. Moskvada “Malların ölkə mənşəyinin müəyyənləşdirilməsi Qaydaları”na dəyişikliklər edilməsi üzrə işçi qrupun növbəti iclası keçirilib.

 

APA-Economics”in MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, iclas iştirakçıları Qaydalara dəyişikliklə bağlı Belarus, Rusiya, Moldova və Ukraynadan daxil olan təklifləri müzakirə ediblər.

 

Bundan başqa, MDB üzvü olan ölkələrin xarici ticarətinin gömrük statistikasının vahid metodologiyasının yeni redaksiya layihəsi və malların mənşəyinin elektron sertifikatlaşdırma sisteminin yaradılması haqqında Təlimat layihəsi də nəzərdən keçirilib. Sənədlər MDB hökumət başçıları Şurasının müzakirəsinə təqdim ediləcək.

 

Qeyd edək ki, Azərbaycanı iclasda Elman Əliyev (İqtisadi İnkişaf Nazirliyi) və Əzizağa Əhmədov (Dövlət Gömrük Komitəsi) təmsil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR