Bakı. Viktoriya Dementyeva – APA-Economics. Dekabrın 19-20-də Minskdə “Belarus və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək.
APA-nın Belarus Ticarət-Sənaye Palatasına istinadən xəbərinə görə, tədbir çərçivəsində Azərbaycan və Belarusun işgüzar dairələri arasında bir sıra danışıqların keçirilməsi gözlənilir.
Biznes-forum Belarus İqtisadiyyat Nazirliyi, Belarus Ticarət-Sənaye Palatası və “BelAPP” Respublika Müəssisələr Assosiasiyası tərəfindən təşkil olunub.